Səhm başına düşən xalis mənfəəti göstərir 2021-ci ildə ABB-nin hər bir səhminə 3 qəpik xalis mənfəət düşürdü. 2023-cü ildə səhm başına düşən xalis mənfəət 8 qəpiyə qədər yüksəlib.
GDP xəbər verir ki, bunu “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Pərakəndə Müştərilərlə İş Departamentinin Direktoru Elçin Məmmədov deyib
O bildirib ki,hazırda ABB bankın hazırda dövriyyədə 4 milyard 530 milyon səhmi var.”4 milyard 530 milyon səhmin 96.5%-i dövlətə məxsusdur 3.5% səhmlər digər səhmdarlara məxsusdur. Həmin səhmdarların arasında həm fiziki həm də hüquqi şəxslər var. Yeni buraxılan səhmlərin sayı isə 322 milyon səhm təşkil edir. Sentyabrın 10-dan sonra biz nəticələri açıqlayacağıq. Əgər 322 milyon səhmin hamısı satılsa o mövcud səhmlərin üzərinə gəlinəcək”,-deyə ABB rəsmisi qeyd edib.
Elçin Məmmədov əlavə edib ki, 2023-cü ilin maliyyə nəticələrinə görə bank 322 mln. manat xalis mənfəət əldə edib. “Biz bu məbləği səhmlərin sayına yəni 4 milyard 530 milyon ədədinə bölsək səhm başına düşən xalis mənfəətin məbləği 8 qəpik təşkil edib. Bu ilin may ayında səhmdarların yığıncağında qəbul olunan qərara əsasən 8 qəpiyin 4.1 qəpiyi artıq mövcud səhmdarlara divident formasında paylanılıb”,-deyə o fikirlərini tamamlayıb.