“Bir ekosisteminin əsas hissəsi olaraq gələcək hədəfimiz beynəlxalq tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır. Biz bu resursları ölkəmizin rəqəmsal transformasiya prosesini gücləndirməyə və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edən layihələrə yönəldərək ölkə iqtisadiyyatına dəyər qatmağa davam edəcəyik”, – deyə Fərid Hüseynov qeyd edib.
Qeyd edək ki, Azərbaycan bankları beynəlxalq maliyyə bazarında fəallığını artırır. Bundan əvvəl, 21 aprel 2025-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı (ABB) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Mashreq Bank-ın ofisində 200 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit müqaviləsi imzalamışdı.

