GBM CEE Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Türkiyə 2025 Mükafatları çərçivəsində “İlin Müqaviləsi” nominasiyasının qalibi məlum olub.
Bu mükafata Azərbaycan Beynəlxalq Bankı üçün Mashreq Bank-ın rəhbərlik etdiyi 12 beynəlxalq kreditor tərəfindən təqdim edilən 200 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış maliyyələşdirmə razılaşması layiq görülüb.
Beləliklə Azərbaycanın aktivlərinə görə ən böyük bankı ABB “İlin müqaviləsi– Azərbaycan” mükafatı ilə təltif olunub.
Bildirilir ki, mükafatlar arasında “İlin Maliyyə İnstitutları üzrə Sindikatlaşdırılmış Krediti”, “İlin Debüt Korporativ İstiqrazı”, “İlin Debüt Maliyyə İnstitutu İstiqrazı” və “İlin müqaviləsi – Azərbaycan” nominasiyaları yer alıb.
Məlumata görə, layihədə hüquqi məsləhətçi qismində çıxış edən Dentons şirkətinə Dubay ofisinin partnyoru Qasim Aslam və Bakı ofisinin partnyoru Ülviya Zeynalova-Bockin rəhbərlik edib. Komandaya həmçinin hüquqşünaslar Arif Doha və Tofiqə Cəməlzadə dəstək göstəriblər.
Müəllif:Aynur Qəniyeva