Close Menu
    What's Hot

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

    10 Sentyabr 2026

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026
    Trending
    • “Unibank”ın sədr müavini vəzifədən ayrılıb
    • İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026
      Recent

      “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

      10 Sentyabr 2026

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » ABB-nin 2025-ci ildə xalis mənfəəti 14%-dən çox, kredit portfeli 11% artıb, likvidliyi isə 21% azalıb
    Bank

    ABB-nin 2025-ci ildə xalis mənfəəti 14%-dən çox, kredit portfeli 11% artıb, likvidliyi isə 21% azalıb

    13 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanın aktivlərinə görə ən böyük bankı olan ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) 2025-ci ildə  xalis mənfəəti 2024-cü ildəki 293,7 milyon manatdan 2025-ci ildə 335,7 milyon manata yüksəlmişdir ki, bu da 42,0 milyon manatlıq və ya təxminən 14,3% artım deməkdir. Xalis mənfəətdəki bu artım bankın gəlir bazasının genişləndiyini göstərsə də, faiz və qeyri-faiz xərclərinin sürətli artımı mənfəətin daha yüksək templə böyüməsinə mane olmuşdur. 2025-ci ilin sonuna olan göstəricilərə əsasən ABB-nin mənfəət vergisindən əvvəl mənfəəti 368,4 milyon manatdan 417,9 milyon manata yüksəlmiş və 49,5 milyon manat, yəni 13,4% artım qeydə alınmışdır. Ötən il ərzində bankın mənfəət vergisi isə 74,7 milyon manatdan 82,2 milyon manata yüksələrək 10,1% artmışdır.

    GDP bankın 2025-ci ilin maliyyə hesabatına istinadla xəbər verir ki, ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) 2025-ci ildə faiz gəlirləri 2024-cü ildəki 914,2 milyon manatdan 2025-ci ildə 1.095,6 milyon manata yüksələrək 181,4 milyon manat, yəni təxminən 19,8% artım nümayiş etdirmişdir. Bu artımın əsas mənbəyi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri olmuşdur. Kreditlərdən əldə olunan faiz gəliri 664,4 milyon manatdan 822,1 milyon manata yüksəlmiş və təxminən 23,7% artım qeydə alınmışdır. Bu dinamika bankın kredit fəaliyyətinin genişləndiyini və faiz gəlirlərinin əsasən real sektor və əhali kreditləşməsi hesabına formalaşdığını göstərir.

    2025-ci il ərzində ABB-nin aktivləri 13.628,9 milyon manatdan 13.626,9 milyon manata enmiş və cəmi 0,02% azalma qeydə alınmışdır. Lakin aktivlərin strukturunda ciddi dəyişikliklər baş vermişdir. Nağd pul və ekvivalentlər 20,8% azalaraq 3.162,3 milyon manatdan 2.504,2 milyon manata düşmüşdür. Ticarət və investisiya qiymətli kağızları da 6,8% azalaraq 3.534,0 milyon manatdan 3.295,1 milyon manata enmişdir. Bunun əvəzində müştərilərə verilmiş kreditlər 11,5% artaraq 6.350,8 milyon manatdan 7.080,0 milyon manata yüksəlmişdir. Bu göstəricilər bankın likvid və investisiya aktivlərini azaldaraq daha yüksək gəlir potensialına malik kreditlərə üstünlük verdiyini göstərir. Bankın resurslarını daha çox kreditləşməyə yönəltməsi gəlirliliyi dəstəkləsə də, bu yanaşma qısa müddətli öhdəliklər baxımından likvidlik risklərini artırır.

    Öhdəliklər üzrə ümumi məbləğ 11.578,8 milyon manatdan 11.422,2 milyon manata enmiş və 1,35% azalma qeydə alınmışdır. Depozitlərin ümumi həcmi də 1,4% azalaraq 9.019,1 milyon manatdan 8.892,9 milyon manata düşmüşdür. Lakin depozitlərin daxili strukturu kəskin dəyişmişdir: fiziki şəxslərin depozitləri 23,8 faiz artdığı halda, hüquqi şəxslərin depozitləri 12,5 % azalmışdır. Bu dəyişiklik bankın maliyyələşmə bazasında retail depozitlərin rolunun artdığını göstərir. Depozit strukturunda baş verən dəyişikliklər də risk yaradan amil kimi qiymətləndirilir.  Bu  maliyyələşmənin daha baha resurslar hesabına formalaşmasına səbəb olmuşdur.

    Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 53,5% azalaraq 987,4 milyon manatdan 459,6 milyon manata enmiş, əvəzində digər maliyyə institutları qarşısında öhdəliklər 55,1% artaraq 858,1 milyon manatdan 1.331,3 milyon manata yüksəlmişdir. Bunu ötən il ərzində ABB-nin  maliyyələşmə mənbələrinin strukturunda əsaslı dəyişikliklərin baş verməsi kimi qiymətləndirmək olar.

    Bununla yanaşı, 2025-ci il ərzində ABB-nin faiz xərcləri daha sürətli artmışdır. 2024-cü ildə 249,5 milyon manat olan faiz xərcləri 2025-ci ildə 387,4 milyon manata çatmışdır ki, bu da 137,9 milyon manatlıq və ya 55,3% artım deməkdir. Faiz xərclərinin artımında əsas pay depozitlər üzrə ödənilən faizlərə məxsusdur; bu xərc maddəsi bir il ərzində 179,6 milyon manatdan 269,9 milyon manata yüksəlmişdir. Bu fakt bankın maliyyələşmə dəyərinin artdığını və depozit bazasının daha baha resurslar hesabına formalaşdığını göstərir.

    Nəticədə xalis faiz gəliri 2024-cü ildəki 659,9 milyon manatdan 2025-ci ildə 696,9 milyon manata yüksəlmiş və cəmi 36,9 milyon manat, yəni 5,6% artım qeydə alınmışdır. Faiz gəlirlərinin artmasına baxmayaraq, faiz xərclərinin daha yüksək templə böyüməsi xalis faiz gəlirinin artım sürətini əhəmiyyətli dərəcədə zəiflətmişdir.

    2025-ci ilin sonuna olan göstəricilərə görə ABB-nin faiz gəlirlərindən fərqli olaraq, qeyri-faiz gəlirləri  ötən il daha güclü dinamika nümayiş etdirmişdir. 2024-cü ildə 340,2 milyon manat olan qeyri-faiz gəlirləri 2025-ci ildə 451,5 milyon manata yüksəlmiş və 111,3 milyon manat, yəni 32,7% artım baş vermişdir. Bu artım əsasən alınan haqq və komissiya gəlirlərinin 28,7% yüksəlməsi, eləcə də digər gəlirlərin 79,7% artması hesabına formalaşmışdır. Bu göstəricilər bankın qeyri-faiz fəaliyyətlərindən əldə etdiyi gəlirlərin əhəmiyyətli dərəcədə artdığını göstərir.

    Eyni zamanda hesabat dövründə ABB-nin qeyri-faiz xərcləri də artmışdır. Bu xərclər 521,1 milyon manatdan 627,5 milyon manata yüksələrək 106,3 milyon manat və ya 20,4% artım göstərmişdir. Xərclərin artımında əsas rol əmək haqqı və digər kompensasiya xərclərinə məxsusdur. Həmin xərclər bir il ərzində 186,9 milyon manatdan 236,2 milyon manatayüksələrək təxminən 26% artmışdır. Bu isə bankın əməliyyat miqyasının genişlənməsi ilə yanaşı, xərclərin də paralel artdığını göstərir. Qeyri-faiz xərclərinin 20,4%, əmək haqqı və kompensasiya xərclərinin isə təxminən 26% artması əməliyyat səmərəliliyinə təzyiq yaradır.

    Kapital göstəricilərinə gəldikdə, bankın kapitalı 2025-ci ilin 4-cü rübünün sonuna olan maliyyə göstəricilərinə əsasən 2 milyard 050,2 milyon manatdan 2 milyard 204,7 milyon manata yüksəlmiş və beləliklə bu göstərici ürzə ötən il 7,5 % artım qeydə alınmışdır. Kapital artımının əsas mənbəyi bölüşdürülməmiş mənfəətin 27,9% artaraq 485,6 milyon manatdan 621,3 milyon manata yüksəlməsi olmuşdur. Bu, bankın mənfəəti kapitallaşdıraraq maliyyə dayanıqlığını gücləndirdiyini gös

    Ötən il ərzində ABB-nin  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları isə əksinə azalmışdır. Bu göstərici 110,7 milyon manatdan 103,0 milyon manata enmiş və 7,6 milyon manat, yəni 6,9% azalma qeydə alınmışdır. Ehtiyat xərclərinin azalması hesabat dövründə bankın mənfəət göstəricilərinə müsbət təsir göstərmişdir.

    ABB-nin ötən ilə dair maliyyə hesabatı 2025-ci ildə bankın fəaliyyətinin gəlirli olduğunu təsdiq edir, lakin faiz xərclərinin 55%-dən çox artması və əməliyyat xərclərinin yüksəlməsi gələcək dövrlərdə mənfəət marjasının qorunması baxımından əsas risk amilləri kimi ön plana çıxır. ABB-nin 2025-ci il maliyyə nəticələri bankın gəlirlilik və kapital mövqeyinin gücləndiyini, lakin faiz xərclərinin sürətli artımı və likvid aktivlərin azalması fonunda marja və likvidlik risklərinə diqqətin artırılmasının zəruri olduğunu göstərir. Bankın gələcək performansı kredit portfelinin keyfiyyətinin qorunması, maliyyələşmə dəyərinin optimallaşdırılması və xərclərin effektiv idarə edilməsindən asılı olacaqdır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Unibank”ın sədr müavini vəzifədən ayrılıb

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026

    Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

    09 Sentyabr 2026

    Dələduz adınıza onlayn kredit götürüb: borc kimin üzərində qalır? – Ali Məhkəmədən vacib açıqlama

    08 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.