ABB 2025-ci il SIBOS tədbirində fəal iştirak edir. Uzun fasilədən sonra bank yenidən öz stendi ilə qlobal maliyyə ictimaiyyətinə təqdim olunub.
GDP xəbər verir ki, tədbir çərçivəsində ABB nümayəndələri aparıcı beynəlxalq banklar və maliyyə institutları ilə görüşlər keçirib, həmçinin əsas seminar və sənaye müzakirələrinə qatılıb.
ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bu görüşlər zamanı First Abu Dhabi Bank (FAB) ilə əməkdaşlıq daha da genişləndirilib. Tərəflər ABB-nin qiymətli kağızlar portfelinin şaxələndirilməsini dəstəkləyən və gələcək əməkdaşlığı möhkəmləndirən “saxlanc hesabı” (custody account) sazişini imzalayıblar.
Bu addım bankın beynəlxalq maliyyə bazarları ilə əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Müəllif: Aynur Qəniyeva