Azərbaycan Beynəlxalq Bankı (ABB) Açıqsəhmdar Cəmiyyəti növbədənkənar ümumi yığıncağının keçiriləcək.
GDP xəbər verir ki, yığıncaq 13 dekabr 2024-cü il tarixində saat 15:00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında baş tutacaq.
Toplantının əsas gündəliyində nizamnamə kapitalının artırılması və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəsi var. Bundan əlavə, ABB-nin törəmə innovasiya şirkətinin yaradılması da gündəmdədir.
Səsvermə qiyabi şəklində həyata keçiriləcək və səsvermə bülletenləri 1 dekabr 2024-cü il tarixindən etibarən səhmdarların şəxsi kabinetlərində yerləşdiriləcək.