Close Menu
    What's Hot

    PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

    14 Avqust 2025

    Azərbaycanda yonca sahələri dövlət dəstəkli aqrar sığorta ilə qorunacaq

    14 Avqust 2025

    Perplexity Google-un Chrome brauzerini 34,5 milyard dollara almağa hazır olduğunu AÇIQLAYIB

    14 Avqust 2025
    Trending
    • PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb
    • Azərbaycanda yonca sahələri dövlət dəstəkli aqrar sığorta ilə qorunacaq
    • Perplexity Google-un Chrome brauzerini 34,5 milyard dollara almağa hazır olduğunu AÇIQLAYIB
    • Banklararası təminatsız bazardakı aktivlik artıb: 6 ayda 41,4 milyard manatlıq əməliyyat
    • Mərkəzi Bank sterilizasiya üçün 6 ayda 66 not hərracı keçirib, qalıq 2.9 dəfə artıb
    • Aleph-in qlobal təcrübəsi indi yerli brendlər üçün əlçatandır
    • Azərbaycan iqtisadiyyatı 1%-ə yaxın böyüyüb, neft-qaz sektorunun və sənayenin ÜDM-dəki payı AZALIB
    • “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

      14 Avqust 2025
      Recent

      PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

      14 Avqust 2025

      Banklararası təminatsız bazardakı aktivlik artıb: 6 ayda 41,4 milyard manatlıq əməliyyat

      13 Avqust 2025

      Mərkəzi Bank sterilizasiya üçün 6 ayda 66 not hərracı keçirib, qalıq 2.9 dəfə artıb

      13 Avqust 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi – (YANVAR-İYUL /2025)

      06 Avqust 2025

      Bakı Fond Birjasının rəhbəri bağlanmış “NBC Bank”ın Birjaya borcu ilə bağlı açıqlama verib

      19 İyul 2025

      Ruslan Xəlilov: “Xarici brokerlərin Bakı Fond Birjasına məsafədən üzv qəbul olunması üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər”

      19 İyul 2025

      “PSG-Kapital” İnvestisiya Şirkətinin adı dəyişdirilib

      12 İyul 2025

      Google səhmi 200 ABŞ dolları həddini keçdi

      08 Avqust 2025

      Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini yüksəldib

      07 Avqust 2025

      Nvidia tezliklə bütün dövrlərin ən bahalı şirkətinə çevrilə bilər

      04 İyul 2025

      ABŞ-da yenilənə bilən enerji şirkətlərinin səhmləri düşür, kömür şirkətlərinin qiymətləri isə artır

      30 İyun 2025

      “Pasha Pay” və “Binance” inteqrasiyası -Mərkəzi Bank daha 6 ay vaxt verdi

      06 Avqust 2025

      Kvant texnologiyaları Bitcoin-in təhlükəsizliyinə təhdid yarada bilər

      26 May 2025

      BlackRock indi “Satoshi Nakamoto”dan sonra ikinci ən böyük Bitcoin sahibi olub

      21 May 2025

      Bitcoin qiyməti 20 mayda 107 min dollar səviyyəsini keçdi: günlük 1.43% artım

      21 May 2025

      Google səhmi 200 ABŞ dolları həddini keçdi

      08 Avqust 2025

      Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini yüksəldib

      07 Avqust 2025

      İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi – (YANVAR-İYUL /2025)

      06 Avqust 2025

      “Pasha Pay” və “Binance” inteqrasiyası -Mərkəzi Bank daha 6 ay vaxt verdi

      06 Avqust 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Aleph-in qlobal təcrübəsi indi yerli brendlər üçün əlçatandır

      13 Avqust 2025
      Recent

      Aleph-in qlobal təcrübəsi indi yerli brendlər üçün əlçatandır

      13 Avqust 2025

      “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

      12 Avqust 2025

      Zəngəzur dəhlizi TRIPP adlanacaq

      07 Avqust 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » ABB-nin rəhbəri Abbas İbrahimovun mətbuat konfransındakı giriş nitqi -TAM MƏTN
    Bank

    ABB-nin rəhbəri Abbas İbrahimovun mətbuat konfransındakı giriş nitqi -TAM MƏTN

    10 May 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    GDP ABB -nin İdarə Heyətinin sədri Abbas İbrahimovun 08.05.2025-ci il tarixində keçirdiyi mətbuat konfransındakı giriş nitqinin tam mətnini təqdim edir.

    Salam! İlk növbədə, xoş bir xəbəri səhmdarlarımızla bölüşmək istərdim.

    Mayın 7-də ABB səhmdarlarının ümumi yığıncağı uğurla baş tutdu. Yığıncaqda ABB Maliyyə Qrupunun fəaliyyəti üzrə kənar audit şirkəti tərəfindən təqdim olunmuş hesabat təsdiq edildi və 2024-cü il üzrə əldə olunmuş mənfəətdən səhmdarlarımız üçün 200 milyon manat divident ödənilməsi qərara alındı. Bu münasibətlə bütün səhmdarlarımızı ürəkdən təbrik edirəm.

    Qeyd etmək istərdim ki, bu il ölkəmizdə ilk dəfə olaraq səhmdarlarımıza gündəlikdəki məsələlər üzrə elektron qaydada səsvermədə iştirak etmək imkanı yaratdıq. Səhmdarlarımız bu imkandan istifadə edərək gündəlikdəki məsələlərə öz münasibətlərini bildirdilər.

    ABB olaraq biz artıq 7 ildir ki, səhmdarlarımız üçün ardıcıl şəkildə yüksək dividentlər ödəyirik. Bu il ödəyəcəyimiz 200 milyon manat isə son 7 ilin rekord divident məbləğidir. Beləliklə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15.6%-ə yüksəldi. Ən son məlumata görə, ABB-nin 30 mindən çox səhmdarı var. Bizim üçün böyük qürur və məmnunluq doğuran məqam ondan ibarətdir ki, ötən il həyata keçirdiyimiz kütləvi səhm emissiyasından sonra bu qədər vətəndaşımızla gəlirlərimizi bölüşəcəyik. Artıq on minlərlə vətəndaşımız ABB-dən qazanc payını alacaq.

    Bildiyiniz kimi, hazırda ABB-nin nizamnamə kapitalında dövlətimizin iştirak payı 92.18% təşkil edir. Bu baxımdan, 200 milyon manatlıq dividentin 184 milyon manatı dövlət büdcəsinə ödəniləcəkdir. Bu ilin divident ödənişini də nəzərə alaraq qeyd etmək istəyirəm ki, son illər ərzində ABB dövlət büdcəsinə və digər sosial yönümlü layihələrə ümumilikdə 1.6 milyard manat ödəniş həyata keçirib. Bunun 1 milyard 40 milyon manatı divident, qalan hissəsi isə mənfəət vergisi, sosial vergi və digər ödənişlər şəklində ödənilib. Yalnız 2024-cü ildə dövlət büdcəsinə 110 milyon manat vergi və sosial ödəniş edilmiş, 2023-cü ilin mənfəətindən isə 178 milyon manat divident ödənilmişdir.

    Bütün bunlar şübhəsiz ki, böyük bir uğurdur. Uğurlarımızın bir qismini bu gün ilk dəfə sizə təqdim edəcəyimiz 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatımızdan da görmək mümkündür.

    2024-cü ili ABB tarixində ən uğurlu illərdən biri kimi qeyd etmişik. ABB Maliyyə Qrupu olaraq mənfəət vergisindən əvvəl 463 milyon manat, xalis olaraq isə 360 milyon manat mənfəət əldə etmişik. Bankımızın xalis əməliyyat gəlirləri 2024-cü ildə əvvəlki illə müqayisədə 13.6% artmışdır. Kredit portfelində isə 1.3 milyard manatlıq, yəni 25.8%-lik artım qeydə alınıb. İlin nəticələrinə əsasən, biznes və ipoteka kreditləri üzrə bazar lideri olmuşuq.

    Məhsul və xidmətlərimizdən istifadə edən müştərilərimizin sayı da əhəmiyyətli şəkildə artıb. Artıq ABB-nin 4 milyondan çox fərdi və 20 minə yaxın korporativ müştərisi var. Aktiv müştəri sayımız son 1 ildə rekord səviyyədə – 32% artıb. Daha bir maraqlı fakt – 2024-cü ildə bankımıza cəlb olunmuş yeni müştərilərin 65%-i məhz rəqəmsal kanallar üzərindən, yəni bank filialına gəlmədən ABB-yə qoşulub. Bu, müasir bankçılıqda dünya üzrə hədəflənən göstəricilərdən biridir.

    2025-ci ilin yanvar–aprel ayları üzrə nəticələrimiz də müsbətdir. Bu ilin ilk 4 ayını 80 milyon manata yaxın xalis mənfəətlə başa vurmuşuq. ABB-nin ümumi kredit portfeli artıq 6.5 milyard manata, biznes kreditləri portfeli isə 3.2 milyard manata çatmışdır. Hazırda bankımızda 4 mindən artıq əməkdaş çalışır.

    ABB-nin daha da böyüməsi və inkişafı üçün yeni fürsətləri dəyərləndirir və onlara doğru addımlar atırıq. Bu istiqamətlərdən biri də kiçik və orta sahibkarlar üçün müasir trendlərə uyğun xidmətlərin təşkilidir. 2024-cü ildə istifadəyə verdiyimiz ABB Biz tətbiqi məhz bu məqsədə xidmət edir.

    Bankımız həmçinin “ABB İnnovasiya” adlı yeni innovasiya şirkəti yaradıb. Coğrafi genişlənmə planlarımızçərçivəsində təhlillərimiz davam edir. Təhlükəsizlik sahəsində də ciddi tədbirlər həyata keçiririk. ABB mobile tətbiqimiz ötən il ISO 27001:2022 beynəlxalq sertifikatına layiq görülmüşdür.

    Dayanıqlılıq təşəbbüslərimiz çərçivəsində ABB 2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulmuşdur. Həmçinin, ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbirinin rəsmi bank tərəfdaşı olmuşuq.

    İl ərzindəki hər bir uğurumuz bizə etibar edən səhmdarlarımızın, bizə inanan müştərilərimizin, bütün tərəfdaşlarımızın və əlbəttə ki, bizim haqqımızda doğru və obyektiv yazan, həmişə yanımızda olan media nümayəndələrinin dəstəyi sayəsində mümkün olmuşdur.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    PAŞA Bank Türkiyənin xalis mənfəəti 33%-dən çox artıb

    14 Avqust 2025

    Azərbaycanda yonca sahələri dövlət dəstəkli aqrar sığorta ilə qorunacaq

    14 Avqust 2025

    Perplexity Google-un Chrome brauzerini 34,5 milyard dollara almağa hazır olduğunu AÇIQLAYIB

    14 Avqust 2025

    Banklararası təminatsız bazardakı aktivlik artıb: 6 ayda 41,4 milyard manatlıq əməliyyat

    13 Avqust 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.


    Ana səhifə

    Bank xəbərləri

    İqtisadiyyat

    Birja

    Digər