ABB-nin Londonda təqdim olunan nüfuzlu Euromoney Mükafatına – “Ölkənin Ən Yaxşı Bankı” adına layiq görüldüyünü elan etməkdən qürur duyuruq.
GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib: “Son illərdə Euromoney Azərbaycanda heç bir bankı mükafatlandırmayıb və bu amil bu mükafatı daha da əhəmiyyətli edib”
Abbas İbrahimov qeyd edib: “2023-cü ilin noyabrında “The Banker” tərəfindən verilən mükafatdan sonra bu şərəf bizim innovasiyalara və müştəri məmnuniyyətinə sadiqliyimizi vurğulayır.Zəhmət və ehtiras üçün komandamıza xüsusi təşəkkür edirik. Biz birlikdə bank sektorunda yeni standartlar müəyyən edirik”