ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaradılmasının 35 illik yubileyi ilə bağlı fikirlərini bölüşüb.
GDP xəbər verir ki, İbrahimovun sözlərinə görə, 35 il ərzində ABA ölkənin bank sektorunun inkişafına, müasir çağırışlara uyğunlaşmasına və yeni trendlərin tətbiqinə mühüm töhfələr verib. O, assosiasiyada fəaliyyət göstərən işçi qrupların əhəmiyyətini vurğulayaraq, ABB-nin 17 ekspert qrupunun hər birində fəal iştirak etdiyini və bunlardan 7-nə birbaşa rəhbərlik etdiyini qeyd edib.
ABB sədri ABA-nın Mərkəzi Bank və digər dövlət qurumları ilə konstruktiv əməkdaşlığını, eləcə də maliyyə savadlılığının artırılması və rəqəmsal bankçılığın inkişafı istiqamətindəki təşəbbüslərini bank sektorunun güclənməsində mühüm amil kimi dəyərləndirib.
İbrahimov ABA-nın gələcəkdə də Azərbaycanın bank sektorunun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.