ABB və “Azerbaijan Airlines” (AZAL) birgə layihəsi olan “ABB-AZAL Miles” kobrend kartını istifadəyə veriblər.
GDP xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Yeni kart sahiblərinə gündəlik alış-verişlərdən millər toplamaq və bu milləri səyahətlərə çevirmək imkanı yaradır. Layihə vətəndaşlar üçün səyahət imkanlarını daha əlçatan və rahat etməyi hədəfləyir.
Abbas İbrahimov qeyd edib ki, layihə bir neçə ay ərzində hazırlanıb və bankın komandası üçün hər yeni məhsulun yaradılması böyük motivasiya mənbəyidir. O, layihənin hazırlanmasında əməyi keçən həmkarlarına və tərəfdaşlarına təşəkkürünü bildirib.