Digər investisiya şirkətləri vasitəsi ilə 1435 səhmdar daxil olub.
GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirlməsinin yekunlarına dair mətbuat konfrasında deyib.
O bildirib ki, ümumi 33 min 710 yeni investor cəlb olunub. Bundan 26 min 370-i və ya 84%-i rəqəmsal platformalar vasitəsi ilə olub.
Abbas İbrahimov qeyd edib ki, bizə digər investisiya şirkətləri vasitəsi ilə 1435 səhmdar daxil olub. “Sifarişlərin say olaraq təxminən 1200 ədədi bizim tərəfdaş bir bankımızın rəqəmsal platforması vasitəsilə daxil olub. Məbləğ olaraq 5 milyon 600 min manatlıq sifariş digər bank və investisiya şirkətlərinin müştərilərindən daxil olub”-, deyə ABB-nin İdarə heyətinin sədri fikirlərini tamamlayıb.