ABB bazar proseslərində aktiv iştirak etməyə davam edəcək. Eyni zamanda, müştərilərimiz üçün təkliflərimizi daim inkişaf etdiririk, bu da onların sərmayələrinin səmərəliliyini 2 dəfə artırmağa imkan verir. Bu, əlbəttə ki, bizə əlavə məsuliyyət yükləyir.
GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirlməsinin yekunlarına dair mətbuat konfrasında deyib.
Bank rəhbəri qeyd edib:”İPO nəticəsində 1 səhmə düşən orta qiymət 27.44 qəpik təşkil edib.”
Abbas İbrahimov əlavə edib ki,ABB 2024-cü ildə də gəlirlə fəaliyyət göstərir. Cari ilin 1 sentyabr tarixinə ABB 212 milyon manatdan çox xalis mənfəət qazanıb