ABŞ birjasında baş vermiş son dərəcə qeyri-adi bir əməliyyat dünyanın diqqət mərkəzinə düşüb.
GDP xəbər verir ki,naməlum bir treyder, bir saat ərzində 2700%-lik gəlir əldə edərək 70 milyon dollar qazanmağı bacarıb.
9 aprel tarixində bu naməlum şəxs SPY opsiyonlarına 2,5 milyon dollarlıq investisiya etdi. Saat 13:01-də SPY indeksi 500 dollardan aşağı ticarət edilərkən, treyder strike qiyməti 509 dollar olan 30 min kontrakt aldı. Hər şey ümumi ticarət tendensiyasında olduğu kimi normal görünürdü, ancaq saat 13:30-da bazarın dayanılmaz yüksəlməsinə səbəb olan hadisə baş verdi.
Amerika prezidenti Donal Trampın sosial mediada paylaşdığı bir postda, 90 gün müddətinə gümrük rüsumlarının təxirə salınacağı elan edildi. Bu xəbər bazar üçün böyük təkan oldu və SPY indeksi sürətlə yüksəlməyə başladı. Nəticədə, satın alınmış opsiyonların qiyməti 0,85 dollarlıq səviyyədən 25 dollara sıçrayış etdi. Bu artım isə treyderə ən azı 70 milyon dollar gəlir gətirdi.