Bloomberg agentliyinin məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarında 2025-ci ilin sonlarından etibarən fond bazarının və şirkətlərin dəyərinin kəskin azalması risklərinə qarşı sığortaya tələbat nəzərəçarpacaq dərəcədə artıb.
GDP xəbər verir ki, məlumata görə, investorlar mümkün bazar enişi və korporativ iflas risklərindən qorunmaq üçün sığorta və hedc alətlərinə daha çox üstünlük verirlər. Ekspertlər bu artımı qlobal iqtisadi qeyri-müəyyənlik, pul-kredit siyasəti ilə bağlı gözləntilər və geosiyasi risklərlə izah edirlər.

