ABŞ-da ipoteka faiz dərəcələri 2024-cü ilin noyabr ayında rekord həddə artıb.
GDP xəbər verir ki,30 illik ipoteka kreditləri üçün orta faiz dərəcəsi 6,90% təşkil edir ki, bu da son onilliklər üçün tarixi orta göstərici olan 6,05%-ə yaxındır.
İpoteka bazarının son 34 ildə keçdiyi yol maraqlı dinamikaya malikdir. 1990-cı ilin aprel ayında faiz dərəcəsi rekord səviyyə olan 10,56%-ə qədər yüksəlmişdi. Əksinə, 2020-ci ilin dekabr ayında bu göstərici tarixi minimuma – 2,85%-ə düşmüşdü.
Hazırkı 6,90% faiz dərəcəsi ev alıcıları və mülk sahibləri üçün ciddi maliyyə yükü yaradır. Bu, potensial ev alıcılarının krediti ödəmə qabiliyyətinə birbaşa təsir göstərir və daşınmaz əmlak bazarında aktivliyi azalda bilər. Maliyyə ekspertləri ev alqı-satqısı qərarlarında ehtiyatlı olmağı tövsiyə edirlər.