Maliyyə bazarlarında kəskin artım müşahidə olunub. Dow Jones Sənaye İndeksi üzrə fyuçerslər 1,200 punkt və ya təxminən 2.9% artaraq son 1.5 ilin ən yüksək artımını qeydə alıb.
GDP xəbər verir ki, Wall Street-in digər əsas indeksləri də müsbət dinamika nümayiş etdirib. Belə ki, S&P 500 fyuçersləri 2.4% yüksəlib, Nasdaq 100 texnologiya indeksi isə 1.8% artıb.
Qeyd edək ki, Dow Jones indeksinin bir ticarət sessiyası ərzində 1,000 punktdan çox artması nadir hallarda baş verir. Sonuncu belə kəskin artım 2022-ci ilin noyabr ayında qeydə alınmışdı.
Ekspertlər bu artımı investorların gələcəyə olan optimist gözləntiləri və maliyyə bazarlarında artan likvidliklə əlaqələndirirlər.