“Epik Qəzəb” əməliyyatının startından 24 gün keçir.
GGP xəbər verir ki, qeyri-rəsmi hesablamalara görə, ABŞ-ın regiondakı hərbi əməliyyatlarının dəyəri 30 milyard dollar həddini aşıb.
İran münaqişəsinin xərclərini izləyən “Iran War Cost Tracker” portalının məlumatına əsasən, hazırkı xərclər hərbi personalın saxlanması, regiona cəlb edilmiş hərbi gəmilərin fəaliyyəti və digər müşayiət olunan xərclərdən formalaşır.
Portal real vaxt rejimində yenilənən hesablamalarını Pentaqonun Konqresa təqdim etdiyi rəsmi hesabata əsaslandırır. Həmin sənədə görə, əməliyyatın ilk altı günü ABŞ-a 11,3 milyard dollara başa gəlib. Hesabatda həmçinin qeyd edilir ki, sonrakı mərhələdə gündəlik xərclər təxminən 1 milyard dollar təşkil edir.
Qeyri-rəsmi mənbələrin verdiyi bu rəqəmlər Pentaqon tərəfindən hələlik təsdiqlənməyib. Lakin analitiklər hesab edir ki, hərbi əməliyyatların uzandığı şəraitdə ümumi xərclər artmaqda davam edəcək.

