ABŞ-ın ən böyük kriptovalyuta mayninq şirkətlərindən biri olan “Marathon Digital” (MARA) bitkoin alışını davam etdirir.
GDP xəbər verir ki, şirkət tərəfindən edilən açıqlamaya görə, hər birinin orta qiyməti 95 554 dollar olmaqla 5771 bitkoin alınıb.
Məlumata görə, şirkət bu alış üçün maliyyə vəsaiti cəlb etmək məqsədilə bu həftənin əvvəlində 700 milyon dollarlıq istiqraz buraxıb.
“MicroStrategy” şirkətindən sonra bitkoini ən çox saxlayan ikinci ən böyük korporativ şirkət olan MARA-nın 22 noyabr tarixinə olan məlumata görə balansında təxminən 3,4 milyard dollar dəyərində 33 bitkoin var.
Qeyd edək ki, bitkoinin qiyməti son günlər sürətlə artaraq 100 min dollar səviyyəsinə yaxınlaşıb. Kriptovalyutanın fyuçers qiyməti isə artıq bu səviyyəni keçib.