2024-cü ilin dördüncü rübündə ABŞ-ın ÜDM artımı gözləntilərdən aşağı olub.
GDP ABŞ Ticarət Nazirliyinə istinadən xəbər verir ki, ölkə iqtisadiyyatı 2024-cü ilin dördüncü rübündə illik hesabla 2,3% artıb. Bu göstərici analitiklərin proqnozlarından aşağıdır. Belə ki, analitiklər orta hesabla 2,6% artım gözləyirdilər. MarketWatch isə 2,5% artım proqnozlaşdırırdı.