Amerikadakı fond indeksləri Şükran Günündən sonra qısaldılmış ticarət sessiyasının əvvəlində yüngülcə artır. İnvestorlar Federal Ehtiyat Sisteminin (FES) pul-kredit siyasətinin perspektivlərini qiymətləndirirlər.
Analitiklərə görə, amerikan mərkəzi bankı 66% ehtimalla dekabr iclasında faiz dərəcəsini 25 bazis punktu endirəcək.
GDP xəbər verir ki, CME FedWatch-un məlumatlarına əsasən, qalan ehtimal faiz dərəcəsinin dəyişməz qalması üzərindədir.
Ticarətin əvvəlində ayrı-ayrı şirkətlərin səhmləri belə dəyişib:
- Nvidia Corp.: 0,6% artım
- Apple Inc.: 0,3% artım
- Meta: 0,2% artım
- Tesla: 0,9% artım
- Microsoft Corp.: 0,6% enişi
- Amazon.com Inc.: 0,3% enişi
- Alphabet Inc.: 1% enişi
Əsas indekslər:
- Dow Jones: 0,33% artaraq 44.870,34 bəndə yüksəlib
- S&P 500: 0,27% artaraq 6.014,71 bəndə çatıb
- Nasdaq: 0,33% artaraq 19.122,95 bəndə qalxıb