Bu həftənin ən kritik hadisəsi, 22 avqust cümə günü Vayoming ştatının Cekson-Hol kurortunda başlayacaq İqtisadi Simpoziumda ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellun çıxışı olacaq.
Simpozium 24 avqusta qədər davam edəcək.FED rəhbərinin saat 17:00 ET (Bakı vaxtı ilə 23:00) planlaşdırılan çıxışında inflyasiya və işsizlik hədəflərinə çatmaq üçün yeni pul-kredit siyasəti (DCP) konsepsiyasının təqdim edilməsi gözlənilir. Bloomberg mənbələrinə görə, bu çərçivədə 2024-cü ilin sonuna qədər faiz dərəcələrinin endirilməsi ilə bağlı bazara aydın siqnallar veriləcək.
Mütəxəssislər qeyd edir ki, Pauellun açıqlamaları global bazarlar üçün strateji istiqamət müəyyən edəcək. Xüsusilə sentyabr ayında 25 baza bəndi (b.b.) faiz endirimi ehtimalı 92% çatdığı üçün çıxışdan sonra qısamüddətli “al eşitdiyində, sat gördüyündə” (buy the rumour, sell the news) reaksiyası gözlənilir