WTI markalı xam neftin fyuçersləri ABŞ neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması səbəbindən üç günlük itkilərdən sonra yenidən qalxaraq, bir barel üçün 81,5 dolları keçib.
GDP xəbər verir ki, Amerika Neft İnstitutu, ABŞ xam neft ehtiyatlarının analitiklər tərəfindən gözlənilən 33,000 barrel deyil daha çox yəni 4,4 milyon barrel azalma olduğunu bildirdi. Rəsmi məlumatlarla təsdiqlənərsə, bu, sentyabr ayından bəri ən uzunmüddətli ehtiyat azalması seriyası olacaq.