ABŞ prezidenti Donald Tramp 2021-ci ildə bank hesablarının siyasi motivlərlə bağlanması iddiası ilə JPMorgan Chase maliyyə korporasiyasına və bankın rəhbəri Ceymi Daymona qarşı məhkəməyə müraciət edib.
GDP xəbər verir ki,iddianın məbləği azı 5 milyard dollar olaraq göstərilir.
Məhkəmə sənədlərində Tramp bankı və onun top-menecerini “qara siyahı” yaratmaqda ittiham edir. İddiaya görə, bu siyahı nəticəsində Tramp və onunla əlaqəli strukturlar digər Amerika banklarında da maliyyə xidmətlərindən məhrum edilib.
İddiada vurğulanır ki, hesabların bağlanması Trampa ciddi maddi zərər vurmaqla yanaşı, onun reputasiyasına da əhəmiyyətli ziyan vurub. Tramp tərəfi hesab edir ki, JPMorgan-un bu addımı siyasi xarakter daşıyıb və qanunsuz olub.

