ABŞ Maliyyə Nazirliyi bir sıra Rusiya banklarının beynəlxalq ödəniş sistemi olan SWIFT-ə yenidən qoşulmasına imkan yaratmaq üçün iş aparır.
GDP xəbər verir ki, məlumata görə, təxminən 20 kredit təşkilatı bu sistemə daxil edilə bilər.
Mütəxəssislərin fikrincə, bu addım müəyyən iqtisadi və siyasi səbəblərlə əlaqədardır. Xüsusilə, enerji və digər strateji sahələrdə beynəlxalq ticarətin sadələşdirilməsi məqsədi daşıya bilər.
Qeyd edək ki, Rusiya banklarının əksəriyyəti Ukrayna münaqişəsi səbəbindən tətbiq edilən sanksiyalar çərçivəsində SWIFT-dən ayrılmışdı. Hazırda bu məhdudiyyətlərin qismən yumşaldılması məsələsi gündəmdədir.
ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, ekspertlər yaxın həftələrdə konkret siyahının açıqlanacağını gözləyirlər.