ABŞ Senatı, federal hökumətin fəaliyyətini dayandıran “shutdown”ın başa çatması və hökumətin yenidən açılması istiqamətində mühüm addım atdı.
GDP xəbər verir ki, senatda hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi 60 lehinə, 40 əleyhinə səs toplayaraq təsdiqləndi.
Səsvermə, səkkiz Demokrat senatorundan ibarət qrup, Senatın Respublikaçı liderləri və Ağ Ev arasında aparılan danışıqlar nəticəsində əldə edilən razılıqdan sonra baş tutdu. Razılaşmanın tərkib hissəsi kimi, gələcəkdə əlverişli səhiyyə xidmətləri üçün genişləndirilmiş subsidiyaların uzadılması məsələsi ayrıca səsverməyə çıxarılacaq.
İndi qərar yekunlaşdırmaq üçün Nümayəndələr Palatasına göndərildi. Palatın, Senatda əldə edilmiş bu razılaşmanı təsdiqləməsi gözlənilir. Bu addım, uzun müddətdir davam edən büdcə böhranının aradan qaldırılması istiqamətində son mərhələ hesab olunur.

