Əgər ABŞ silahlanma proqramını tam şəkildə yenidən qurmağa başlamazsa “növbəti müharibədə” məğlub olacaq.
GDP xəbər verir ki, bu fikri milyarder Elon Musk sosial şəbəkədə bildirib.
Musk qeyd etdi ki, Amerika silahlanma proqramlarını tamamilə dəyişdirməlidir, çünki hazırkı strategiya “dünənki müharibə” üçün yüksək qiymətə az miqdarda silah istehsalından ibarətdir.
“Əgər dərhal və köklü dəyişikliklər edilməsə, Amerika növbəti müharibədə böyük bir məğlubiyyətə uğrayacaq”, — deyə sahibkar yazıb.
O, ABŞ Hərbi Dəniz Qüvvələrinin gələn 30 il ərzində ildə 40 milyard dollar xərcləyərək 364 gəmi almağı planlaşdırdığını, halbuki bu vəsaiti 10 min pilotsuz təyyarə (dron) almağa yönəldərək “bütün dünyanı onlarla örtmək” olar olduğunu qeyd edən bir məlumatı şərh edərkən bu fikirlərini ifadə edib.