Tramp bəyan edib ki, ABŞ sanksiyalar səbəbilə dondurulmuş Venesuelaya məxsus 50 milyon barelədək nefti emal edib satacaq.
GDP xəbər verir ki,Çin bu addımı beynəlxalq hüququn pozulması və öz maraqlarına birbaşa zərbə kimi dəyərləndirərək kəskin tənqid edib. Bildirilib ki, Çin Venesuela ilə “neftə qarşı kredit” və digər sazişlər çərçivəsində həmin neftin böyük bir hissəsini artıq maliyyələşdirib.
Trampın planlarına görə, bu razılaşmalar nəzərə alınmadan, neft müsadirə olunaraq ABŞ neft emalı zavodlarına göndəriləcək. Bu isə Çin üçün milyardlarla dollar itki deməkdir.
Tramp “The New York Times”a müsahibəsində bildirib ki, ABŞ-ın Venesuela üzərindəki nəzarəti illərlə davam edə bilər və ölkə artıq Venesuela neftinin satışından pul qazanmağa başlayıb.

