Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin bir-birinin mallarına qoyulan gömrük rüsumlarını azaltmaq barədə razılığa gəldikdən sonra dünya bazarında canlanma yarandı.
GDP xəbər veir ki, bu, investorlara ticarət perspektivləri ilə bağlı etimad aşıladı və qlobal iqtisadi görünüşü yaxşılaşdırdı.
ABŞ fond bazarında əməliyyat həftəsi başlayanda güclü artım gözlənilir. Son ticarət məlumatlarına görə:
- Texnoloji şirkətlərin üstünlük təşkil etdiyi Nasdaq-100 indeksinə bağlı fyuçerslər demək olar ki, 4% qalxdı.
- S&P 500 fyuçersləri təxminən 3% artaraq, aprelin 2-də Prezidentin “Azadlıq Günü” rüsumlarını elan etdiyi səviyyənin üzərinə çıxmağa hazırlaşır.
- Dow Jones sənaye indeksinə bağlı müqavilələr 2%-dən çox artım qeyd etdi.
Prezident Trumpın Çinə qoyduğu “qarşılıqlı” gömrük rüsumunun 125%-dən 10%-ə endirilməsi və Çinin cavab tədbiri olaraq öz rüsumlarını eyni səviyyəyə salması, gözləniləndən daha kəskin bir yumşalma kimi qiymətləndirildi.
Deutsche Bank təhlilçiləri qeyd edib:
“Bu gün Çinə qoyulan rüsumlarla bağlı elanlar gözlədiyimizdən daha yaxşı nəticələnib.”