Close Menu
    What's Hot

    Bank BTB 2025-ci ili 404 min manat zərərlə bağlayıb-Maliyyə hesabatı

    16 Yanvar 2026

    AccessBank-ın aktivləri 19% artsa da, mənfəəti 10%-ə yaxın azalıb

    16 Yanvar 2026

    Vergi ödəyiciləri 4,87% artsa da, yeni kommersiya qurumları 2,7% azalıb

    16 Yanvar 2026
    Trending
    • Bank BTB 2025-ci ili 404 min manat zərərlə bağlayıb-Maliyyə hesabatı
    • AccessBank-ın aktivləri 19% artsa da, mənfəəti 10%-ə yaxın azalıb
    • Vergi ödəyiciləri 4,87% artsa da, yeni kommersiya qurumları 2,7% azalıb
    • Xalq Bankın 94% artan faiz xərcləri, mənfəətini 4,6 mln manat azaltdı-2025-ci il maliyyə hesabatı
    • “Kapital Bank”ın mənfəəti 68.91%, faiz xərcləri 60.67% artıb-2025-ci ilin maliyyə hesabatı
    • Çində gümüşün qiyməti 100 dollara qədər yüksəlib, 6%-dən çox artaraq yeni tarixi maksimuma çatıb
    • ABB-nin 2025-ci ildə xalis mənfəəti 14%-dən çox, kredit portfeli 11% artıb, likvidliyi isə 21% azalıb
    • Unibankın mənfəəti 26%, depozitlərə ödədiyi faizi 30% artıb- 2025 maliyyə hesabatı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Bank BTB 2025-ci ili 404 min manat zərərlə bağlayıb-Maliyyə hesabatı

      16 Yanvar 2026
      Recent

      Bank BTB 2025-ci ili 404 min manat zərərlə bağlayıb-Maliyyə hesabatı

      16 Yanvar 2026

      AccessBank-ın aktivləri 19% artsa da, mənfəəti 10%-ə yaxın azalıb

      16 Yanvar 2026

      Xalq Bankın 94% artan faiz xərcləri, mənfəətini 4,6 mln manat azaltdı-2025-ci il maliyyə hesabatı

      15 Yanvar 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

      13 Yanvar 2026

      Azərbaycanın qiymətli kağızlar bazarının 42%-dən artığına nəzarət edən PAŞA Kapital İnvestisiya Şirkətinin Əməliyyat həcminin artım dinamikası və struktur təhlili

      11 Yanvar 2026

      Azərbaycanda investorların milyonlarını idarə edən investisiya şirkətlərinin cəmi əməliyyat həcmi və bazar payı üzrə renkinqi (2025 yanvar-dekabr)

      11 Yanvar 2026

      WSJ -da ABŞ-nin Venesuela vasitəsilə neftin qiymətini barrelə 50 dollara endirmək planları barədə açıqlama

      09 Yanvar 2026

      Brent neftinin qiyməti 64 dolları keçdi

      13 Yanvar 2026

      Alphabet-in kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib

      13 Yanvar 2026

      WSJ -da ABŞ-nin Venesuela vasitəsilə neftin qiymətini barrelə 50 dollara endirmək planları barədə açıqlama

      09 Yanvar 2026

      Chevron səhmləri Venesueladakı hadisələr fonunda 10% bahalaşıb

      05 Yanvar 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Deutsche Bankın analitikləri: Bitcoin qızılın tarixi yolunu təkrarlayır və Mərkəzi Bankların ehtiyatlarında yer ala bilər

      25 Sentyabr 2025

      ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

      13 Yanvar 2026

      Brent neftinin qiyməti 64 dolları keçdi

      13 Yanvar 2026

      Alphabet-in kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib

      13 Yanvar 2026

      Azərbaycanın qiymətli kağızlar bazarının 42%-dən artığına nəzarət edən PAŞA Kapital İnvestisiya Şirkətinin Əməliyyat həcminin artım dinamikası və struktur təhlili

      11 Yanvar 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Vergi ödəyiciləri 4,87% artsa da, yeni kommersiya qurumları 2,7% azalıb

      16 Yanvar 2026
      Recent

      Vergi ödəyiciləri 4,87% artsa da, yeni kommersiya qurumları 2,7% azalıb

      16 Yanvar 2026

      ETX: Sürücülük vəsiqələrinin “Instagram”da qanunsuz paylaşılmasının qarşısı alınıb

      13 Yanvar 2026

      2025-ci ildə dövlət büdcəsindən 352,4 milyon manata yaxın vəsait geri qaytarılıb

      12 Yanvar 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » AccessBank-ın aktivləri 19% artsa da, mənfəəti 10%-ə yaxın azalıb
    Bank

    AccessBank-ın aktivləri 19% artsa da, mənfəəti 10%-ə yaxın azalıb

    16 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    AccessBank 2025-ci ilin yekun maliyyə nəticələrini açıqlayıb. 2024-cü ilin göstəriciləri ilə müqayisəli təhlil göstərir ki, bank 2025-ci ildə aktivlərini, kredit portfelini və kapital bazasını əhəmiyyətli dərəcədə genişləndirsə də, artan risk xərcləri, faiz xərclərinin sürətli yüksəlişi və əməliyyat xərclərinin böyüməsi fonunda xalis mənfəət azalaraq təzyiq altında qalıb.

    GDP AccessBankın 2025-ci ilin maliyyə hesabatına istinadla xəbər verir ki,  AccessBank-ın xalis mənfəəti 2024-cü ildəki 54 milyon 62 min manatdan 2025-ci ildə 49 milyon 52 min manata enib. Bu, 5 milyon 10 min manat və ya 9.27% azalma deməkdir. Yəni bank əməliyyat həcmini və bazar payını böyütsə də, artan risk və xərclər mənfəətin aşağı düşməsinə səbəb olub.

    Ötən ilin sonuna AccessBank-ın cəmi aktivləri 1 milyard 770 milyon 369 min manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 285 milyon 75 min manat və ya 19.19% artım deməkdir. Aktivlərdəki bu artım bankın bazarda inkişaf strategiyasını davam etdirdiyini göstərir. Aktiv strukturunda əsas artım müştərilərə verilmiş kreditlər hesabına formalaşıb. Belə ki, kredit portfelinin xalis həcmi 2024-cü ildəki 1 milyard 102 milyon 584 min manatdan 2025-ci ildə 1 milyard 275 milyon 637 min manata yüksələrək 173 milyon 53 min manat və ya 15.69% artıb.

    AccessBankın kredit portfelinin strukturunda həm istehlak, həm də biznes kreditləri üzrə yüksəliş müşahidə olunub. İstehlak kreditləri 239 milyon 142 min manatdan 289 milyon 169 min manata qalxaraq 50 milyon 27 min manat və ya 20.92% artıb. AccessBankın 2025-ci il ərzində biznes kreditləri isə 901 milyon 880 min manatdan 1 milyard 22 milyon 870 min manata yüksəlib ki, bu da 120 milyon 990 min manat və ya 13.41% artım deməkdir. Bu dinamika AccessBank-ın mikro və kiçik sahibkarlıq seqmentində kreditləşməni aktiv şəkildə artırdığını və real sektorun maliyyələşdirilməsində rolunu gücləndirdiyini göstərir.

    Gəlirlər tərəfində AccessBankın 2025-ci ilin maliyyə göstəriciləri  müsbət dinamika nümayiş etdirib. 2025-ci ildə faiz gəlirləri 256 milyon 176 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 31 milyon 742 min manat və ya 14.15% artım deməkdir. Faiz gəlirlərinin əsas artım mənbəyi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri olub. Kredit portfelinin böyüməsi bankın gəlir bazasını genişləndirsə də, bu artım xərclərin yüksəlişi fonunda kifayət qədər effektiv nəticə yaratmayıb.

    AccessBankın 2025-ci ildə faiz xərcləri 2025-ci ildə 100 milyon 208 min manata yüksəlib və 2024-cü ilin 84 milyon 192 min manatlıq göstəricisi ilə müqayisədə 16 milyon 16 min manat və ya 19.02% artıb. Xüsusilə cəlb edilmiş kreditlər üzrə faiz xərclərinin 15 milyon 120 min manatdan 23 milyon 8 min manata yüksələrək 52.18% artması maliyyələşmə resurslarının əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Bu, bankın böyüməni təmin etmək üçün daha bahalı resurslardan istifadə etdiyini və bunun gəlirlilik marjasına mənfi təsir etdiyini ortaya qoyur.

    AccessBankın 2025-ci il ərzində əməliyyat xərcləri də artan təzyiq mənbələrindən biri olub. Qeyri-faiz xərcləri 2025-ci ildə 98 milyon 178 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 376 min manat və ya 11.82% artım deməkdir. Əməkhaqqı və kompensasiya xərclərinin 17.44%, amortizasiya xərclərinin isə 19.26% artması bankın miqyasının genişlənməsi fonunda əməliyyat yükünün yüksəldiyini göstərir.

    Lakin mənfəətə ən ciddi mənfi təsir göstərən amil kredit riskləri üzrə ehtiyat xərclərinin kəskin artımı olub. 2024-cü ildə 7 milyon 494 min manat olan mümkün zərərlər üçün yaradılan ehtiyatlar 2025-ci ildə 16 milyon 253 min manata yüksələrək 8 milyon 759 min manat və ya 116.9% artıb. Kredit portfelinin artımı fonunda risklərin daha ehtiyatlı qiymətləndirilməsi bankın mənfəətini birbaşa azaldan əsas faktor kimi çıxış edib.

    Bununla yanaşı, AccessBankın kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib. 2025-ci ildə məcmu kapital adekvatlığı 16.29%-ə, birinci dərəcəli kapital adekvatlığı isə 10.74%-ə yüksəlib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 14.77% və 8.15% idi. Leverec əmsalının 8.58%-ə çatması da bankın risklərə qarşı daha dayanıqlı kapital bazasına malik olduğunu göstərir.

    Ümumilikdə, 2025-ci il AccessBank üçün miqyas baxımından böyümə ili olsa da, mənfəətlilik baxımından daha mürəkkəb və riskli il kimi yadda qalıb. Kreditləşmənin sürətli inkişafı bankın gələcək bazar mövqeyini gücləndirsə də, artan maliyyələşmə dəyəri və risk xərcləri növbəti dövrlərdə daha balanslı və ehtiyatlı strategiyanın vacibliyini ön plana çıxarır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Bank BTB 2025-ci ili 404 min manat zərərlə bağlayıb-Maliyyə hesabatı

    16 Yanvar 2026

    Xalq Bankın 94% artan faiz xərcləri, mənfəətini 4,6 mln manat azaltdı-2025-ci il maliyyə hesabatı

    15 Yanvar 2026

    “Kapital Bank”ın mənfəəti 68.91%, faiz xərcləri 60.67% artıb-2025-ci ilin maliyyə hesabatı

    15 Yanvar 2026

    ABB-nin 2025-ci ildə xalis mənfəəti 14%-dən çox, kredit portfeli 11% artıb, likvidliyi isə 21% azalıb

    13 Yanvar 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.