Close Menu
    What's Hot

    Duolingo səhmləri 14%, illik müqayisədə isə 75% ucuzlaşıb. Dil öyrənmə tətbiqi süni intellekt rəqibləri tərəfindən çökdürülür.

    28 Fevral 2026

    Çin Mərkəzi Bankı yuanla hesablaşma əməliyyatlarını asanlaşdırır

    28 Fevral 2026

    “Nvidia”nın gözlənilməz çöküşü: Rekord gəlir investorları qorxutdu

    27 Fevral 2026
    Trending
    • Duolingo səhmləri 14%, illik müqayisədə isə 75% ucuzlaşıb. Dil öyrənmə tətbiqi süni intellekt rəqibləri tərəfindən çökdürülür.
    • Çin Mərkəzi Bankı yuanla hesablaşma əməliyyatlarını asanlaşdırır
    • “Nvidia”nın gözlənilməz çöküşü: Rekord gəlir investorları qorxutdu
    • Azərbaycanda müddətli əmanətçilərin sayı 28%-ə yaxın artıb
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Çin Mərkəzi Bankı yuanla hesablaşma əməliyyatlarını asanlaşdırır

      28 Fevral 2026
      Recent

      Çin Mərkəzi Bankı yuanla hesablaşma əməliyyatlarını asanlaşdırır

      28 Fevral 2026

      Azərbaycanda müddətli əmanətçilərin sayı 28%-ə yaxın artıb

      27 Fevral 2026

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      “Nvidia”nın gözlənilməz çöküşü: Rekord gəlir investorları qorxutdu

      27 Fevral 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      “Nvidia”nın gözlənilməz çöküşü: Rekord gəlir investorları qorxutdu

      27 Fevral 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » AccessBank-ın aktivləri 19% artsa da, mənfəəti 10%-ə yaxın azalıb
    Bank

    AccessBank-ın aktivləri 19% artsa da, mənfəəti 10%-ə yaxın azalıb

    16 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    AccessBank 2025-ci ilin yekun maliyyə nəticələrini açıqlayıb. 2024-cü ilin göstəriciləri ilə müqayisəli təhlil göstərir ki, bank 2025-ci ildə aktivlərini, kredit portfelini və kapital bazasını əhəmiyyətli dərəcədə genişləndirsə də, artan risk xərcləri, faiz xərclərinin sürətli yüksəlişi və əməliyyat xərclərinin böyüməsi fonunda xalis mənfəət azalaraq təzyiq altında qalıb.

    GDP AccessBankın 2025-ci ilin maliyyə hesabatına istinadla xəbər verir ki,  AccessBank-ın xalis mənfəəti 2024-cü ildəki 54 milyon 62 min manatdan 2025-ci ildə 49 milyon 52 min manata enib. Bu, 5 milyon 10 min manat və ya 9.27% azalma deməkdir. Yəni bank əməliyyat həcmini və bazar payını böyütsə də, artan risk və xərclər mənfəətin aşağı düşməsinə səbəb olub.

    Ötən ilin sonuna AccessBank-ın cəmi aktivləri 1 milyard 770 milyon 369 min manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 285 milyon 75 min manat və ya 19.19% artım deməkdir. Aktivlərdəki bu artım bankın bazarda inkişaf strategiyasını davam etdirdiyini göstərir. Aktiv strukturunda əsas artım müştərilərə verilmiş kreditlər hesabına formalaşıb. Belə ki, kredit portfelinin xalis həcmi 2024-cü ildəki 1 milyard 102 milyon 584 min manatdan 2025-ci ildə 1 milyard 275 milyon 637 min manata yüksələrək 173 milyon 53 min manat və ya 15.69% artıb.

    AccessBankın kredit portfelinin strukturunda həm istehlak, həm də biznes kreditləri üzrə yüksəliş müşahidə olunub. İstehlak kreditləri 239 milyon 142 min manatdan 289 milyon 169 min manata qalxaraq 50 milyon 27 min manat və ya 20.92% artıb. AccessBankın 2025-ci il ərzində biznes kreditləri isə 901 milyon 880 min manatdan 1 milyard 22 milyon 870 min manata yüksəlib ki, bu da 120 milyon 990 min manat və ya 13.41% artım deməkdir. Bu dinamika AccessBank-ın mikro və kiçik sahibkarlıq seqmentində kreditləşməni aktiv şəkildə artırdığını və real sektorun maliyyələşdirilməsində rolunu gücləndirdiyini göstərir.

    Gəlirlər tərəfində AccessBankın 2025-ci ilin maliyyə göstəriciləri  müsbət dinamika nümayiş etdirib. 2025-ci ildə faiz gəlirləri 256 milyon 176 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 31 milyon 742 min manat və ya 14.15% artım deməkdir. Faiz gəlirlərinin əsas artım mənbəyi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri olub. Kredit portfelinin böyüməsi bankın gəlir bazasını genişləndirsə də, bu artım xərclərin yüksəlişi fonunda kifayət qədər effektiv nəticə yaratmayıb.

    AccessBankın 2025-ci ildə faiz xərcləri 2025-ci ildə 100 milyon 208 min manata yüksəlib və 2024-cü ilin 84 milyon 192 min manatlıq göstəricisi ilə müqayisədə 16 milyon 16 min manat və ya 19.02% artıb. Xüsusilə cəlb edilmiş kreditlər üzrə faiz xərclərinin 15 milyon 120 min manatdan 23 milyon 8 min manata yüksələrək 52.18% artması maliyyələşmə resurslarının əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Bu, bankın böyüməni təmin etmək üçün daha bahalı resurslardan istifadə etdiyini və bunun gəlirlilik marjasına mənfi təsir etdiyini ortaya qoyur.

    AccessBankın 2025-ci il ərzində əməliyyat xərcləri də artan təzyiq mənbələrindən biri olub. Qeyri-faiz xərcləri 2025-ci ildə 98 milyon 178 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 376 min manat və ya 11.82% artım deməkdir. Əməkhaqqı və kompensasiya xərclərinin 17.44%, amortizasiya xərclərinin isə 19.26% artması bankın miqyasının genişlənməsi fonunda əməliyyat yükünün yüksəldiyini göstərir.

    Lakin mənfəətə ən ciddi mənfi təsir göstərən amil kredit riskləri üzrə ehtiyat xərclərinin kəskin artımı olub. 2024-cü ildə 7 milyon 494 min manat olan mümkün zərərlər üçün yaradılan ehtiyatlar 2025-ci ildə 16 milyon 253 min manata yüksələrək 8 milyon 759 min manat və ya 116.9% artıb. Kredit portfelinin artımı fonunda risklərin daha ehtiyatlı qiymətləndirilməsi bankın mənfəətini birbaşa azaldan əsas faktor kimi çıxış edib.

    Bununla yanaşı, AccessBankın kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib. 2025-ci ildə məcmu kapital adekvatlığı 16.29%-ə, birinci dərəcəli kapital adekvatlığı isə 10.74%-ə yüksəlib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 14.77% və 8.15% idi. Leverec əmsalının 8.58%-ə çatması da bankın risklərə qarşı daha dayanıqlı kapital bazasına malik olduğunu göstərir.

    Ümumilikdə, 2025-ci il AccessBank üçün miqyas baxımından böyümə ili olsa da, mənfəətlilik baxımından daha mürəkkəb və riskli il kimi yadda qalıb. Kreditləşmənin sürətli inkişafı bankın gələcək bazar mövqeyini gücləndirsə də, artan maliyyələşmə dəyəri və risk xərcləri növbəti dövrlərdə daha balanslı və ehtiyatlı strategiyanın vacibliyini ön plana çıxarır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Çin Mərkəzi Bankı yuanla hesablaşma əməliyyatlarını asanlaşdırır

    28 Fevral 2026

    Azərbaycanda müddətli əmanətçilərin sayı 28%-ə yaxın artıb

    27 Fevral 2026

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

    24 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.