AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri depozit faizləri və bank sektorundakı yeni tendensiyalar barədə açıqlama verib. Onun sözlərinə görə, depozitlər üzrə faiz dərəcələri əsasən bazar şərtlərindən, iqtisadi vəziyyətdən, inflyasiya səviyyəsindən və xüsusilə Mərkəzi Bankın pul siyasətindən asılıdır.
GDP xəbər verir ki, Azərbaycanda 100% xarici kapitallı yeganə bank olan AccessBank hazırda müştərilərə üç əsas depozit məhsulu təqdim edir. Bank rəhbəri bildirib ki, “Müddətli depozit” məhsulu üzrə faiz dərəcəsi müddət və məbləğdən asılı olaraq 12%-ə qədər müəyyən olunub.
“Biz bazarı mütəmadi olaraq təhlil edir və depozit məhsullarımızın şərtlərini tənzimləyirik ki, müştərilərimiz üçün etibarlı və sərfəli tərəfdaş ola bilək. AccessBank hər zaman rəqabətədavamlı olmağa çalışır,” – deyə Tsiklauri vurğulayıb.
Bank həmçinin uzunmüddətli yığımlar üçün nəzərdə tutulmuş “myGoal” və vəsaitlərin istənilən vaxt əlçatan olduğu “Əlverişli depozit” məhsullarını da təqdim edir. Bütün əmanətlər dövlət tərəfindən sığortalanır və kompensasiya məbləği 100.000 manat təşkil edir.
Tsiklauri qeyd edib ki, bankın əsas məqsədi müştərilərin gözləntilərinə uyğun, eyni zamanda bazar reallıqlarını əks etdirən cəlbedici faiz dərəcələri təklif etməkdir. Bank rəhbəri əlavə edib ki, AccessBank maliyyə bazarındakı dəyişiklikləri diqqətlə izləyir və öz məhsullarını bu dəyişikliklərə uyğun olaraq təkmilləşdirir.