“AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib ki, son illərdə bank sektorunda əmanətlərin yerləşdirilməsi ilə bağlı mühüm dəyişikliklər müşahidə olunur. Əvvəllər müştərilər daha yüksək faiz əldə etmək üçün kiçik banklara üstünlük verirdilərsə, indi iri banklar da rəqabətli depozit faizləri təklif etdiyindən, əmanətlərini daha çox böyük maliyyə institutlarında cəmləyirlər.
“Hazırda bazarın demək olar ki, bütün iştirakçıları 12% depozit faizi təklif edir və bu, artıq standart hala çevrilib. Bir neçə il əvvəl iri bankların belə rəqabətli şərtlərlə depozitlər cəlb edəcəyini təsəvvür belə etməzdim, amma bu, indi reallıqdır”, – deyə Davit Tsiklauri vurğulayıb.
Mənbə : APA