“AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib ki, son illərdə Azərbaycanın maliyyə bazarına beynəlxalq institutların marağı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, əvvəllər ölkədə mövcud olmayan bəzi xarici təşkilatlar hazırda Azərbaycan bazarında fəaliyyət göstərmək üçün maraq ifadə edirlər.
“Hal-hazırda bu təşkilatlarla bir neçə danışıqlar aparırıq. Hələlik konkret ad və ya detallar açıqlaya bilməsəm də, perspektivlər çox ümidvericidir”, – deyə Tsiklauri qeyd edib.
O vurğulayıb ki, xarici institutların bu artan marağı yalnız “AccessBank”ın uğuru kimi qəbul edilə bilməz, bu, ümumilikdə Azərbaycanın nailiyyətidir. Onun fikrincə, ölkə beynəlxalq kreditorlar üçün daha cəlbedici məkana çevrilir və bank sektoru bu maraqdan gələcəkdə daha çox faydalanmağı planlaşdırır.
Tsiklauri əlavə edib ki, Azərbaycanın maliyyə bazarına artan etimad və xarici investorların marağı ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.