“BG Company” MMC, marketinq sahəsində geniş təcrübəyə malik peşəkar Rəna Səfərovanı Marketinq Şöbəsinin müdiri vəzifəsinə təyin etdiyini elan edir.
GDP xəbər verir ki, Rəna Səfərova, marketinq və satış sahəsində 16 illik təcrübəyə malikdir. Onun peşəkar karyerası 2011-ci ildə “AccessBank Azerbaijan”da Marketinq Departamenti mütəxəssisi və Büdcə Nəzarətçisi kimi başlamışdır. Burada 8 il ərzində bank sektorunda marketinq strategiyalarının formalaşdırılmasında fəal iştirak etmişdir.
2019-cu ildə Almaniyanın “Icods GmbH” şirkətində Satış və Biznesin İnkişafı üzrə şöbə müdiri vəzifəsində çalışan Səfərova, həmin ilin sonunda “GEA Farm Technologies” (ABŞ) şirkətində Marketinq və Satış üzrə rəhbər kimi fəaliyyətə başlamışdır və hal-hazıra qədər bu vəzifədə uğurla çalışır.
2020-ci ildə “agroexpert.az” şirkətində Marketinq və Satış Departamentinə rəhbərlik edən Səfərova, 2021-2022-ci illərdə “AFB Bank” ASC-də Satış Strukturunun Marketinq üzrə aparıcı mütəxəssisi kimi fəaliyyət göstərmişdir. 2022-2023-cü illərdə “Yaşaroğlu.Az” MMC-də Korporativ Satış şöbəsinin müdiri, 2023-2024-cü illərdə isə “CAMAL LTD” (İslandiya) şirkətində Beynəlxalq Əlaqələr və Marketinq Departamentinin meneceri vəzifələrində çalışmışdır.