AFB Bank 5 milyon manat həcmində ilk istiqraz emissiyasını tam yerləşdirdi. İstiqrazlar 80 investor tərəfindən tam həcmdə alınıb.
Bankın İdarə Heyətinin sədri Amid Qənbərov bu barədə bildirib ki, bu, “sadəcə maliyyə əməliyyatı deyil, gələcək inkişaf yolunda inamlı bir addımdır”. O, bu uğuru mümkün edən komandaya, tərəfdaşlara və müştərilərə təşəkkür edib.
Qeyd edək ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi 10 oktyabr 2025-ci il tarixində bankın istiqrazlarının ticarətə buraxılması üçün icazə vermişdi. İstiqrazların abunə yazılışı 15-24 oktyabr tarixləri arasında baş tutub və qısa müddətdə tam yerləşdirilib. Bu, maliyyə alətlərinə marağın artdığını və AFB Bank-a etimadın güclü olduğunu göstərir.
Qənbərov bildirib: “Bu, yalnız başlanğıcdır.”

