2024-cü il 23 sentyabr tarixində Asiya İnkişaf Bankının (AİB) ölkə nümayəndəliyinin ofisində sözügedən Bankın Azərbaycanda həyata keçirdiyi texniki yardım layihəsi çərçivəsində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) üzv təşkilatları üçün Suveren Yaşıl İstiqrazlar Çərçivəsi üzrə təlim proqramına start verilib.
GDP xəbər verir ki,suveren Yaşıl İstiqrazlar Çərçivəsinə dair regional və qlobal perspektivdə qabaqcıl beynəlxalq təcrübələrin təhlili ilə yanaşı yaşıl istiqrazlara maraq doğuran mövzuları əhatə edəcək bu təlim proqramı 5 (beş) gün davam edəcək.