İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ötən il ərzində zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
GDP xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib.
O bildirib ki, rezidentlik statusu verilən sahibkarlıq subyektlərindən 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Seymur Adıgözəlov işğaldan azad olunmuş ərazilərdə yerləşən sənaye parklarında fəaliyyət üçün rezidentlik statusu verilən müəssisələr barədə də məlumat verib:”“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib”