2024-cü ilin avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5% artıb və 780,5 min olub.
GDP xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd edilib ki, aktiv ƏDV ödəyicilərinin sayı 9,2 faiz artaraq 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2 faiz artaraq 209,1 min təşkil edib.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 19 mindən çoxdur
Naxçıvan Muxtar Respublikasında 1 avqust 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 24 faiz artıb və 19.219 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 522 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2 faiz artaraq 5.432-yə çatıb.