Alibaba səhmləri süni intellekt (Sİ) sahəsinə yatırımların artırılacağı xəbərlərindən sonra dörd ilin maksimum həddinə yüksəlib.
GDP xəbər verir ki, çərşənbə günü ticarət zamanı şirkətin kotirovkaları 7,8% artaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb.
Çinli internet-riteyl nəhəngi özünün ən böyük süni intellekt dil modelini – Qwen3-Max-ı təqdim edib və Sİ-ni əsas biznes strategiyası kimi müəyyənləşdirib, – deyə Reuters xəbər verib. Şirkətin illik konfransında Alibaba Cloud-un baş texniki direktoru Çjou Cinjən bildirib ki, bu modelin 1 trilyondan çox parametri var və məhz bu parametrlər Sİ sisteminin informasiyanı necə emal etdiyini müəyyənləşdirir.
Alibaba-nın baş icraçı direktoru Eddi Vu tədbir zamanı çıxış edərək bildirib ki, qarşıdakı beş il ərzində dünyada Sİ-yə yatırımların ümumi həcmi təxminən 4 trilyon dollara qədər artacaq və onların şirkəti bu prosesdə geri qalmamalıdır.

 
									 
					