İllik inflyasiya hədəf diapazonunun aşağı həddinin altına düşdü, baza inflyasiya dərəcəsi aprel ayında 0,7%-ə qədər daha da azalıb ki, bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, illik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.
Qeyd olunur: “Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.”
Bildirilir: “İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3.4% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin 5 ayında 3.2%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.”