Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kristal Abşeron” MMC-nin (ticarət adı ilə “Kristal Bakı”) fəaliyyəti ilə bağlı rəsmi araşdırma başladı.
GDP xəbər verir ki, Tikinti şirkəti, “Kristal Bakı” yaşayış kompleksindəki mənzillərin təmir səviyyəsi ilə bağlı aldadıcı reklam təqdim etdiyi iddiaları ilə üzləşir. Agentliyə çatdan birbaşa müraciətlərdə alıcılar, reklam materiallarında göstərilən keyfiyyətli təmir işləri ilə faktiki həyata keçirilən işlər arasında əhəmiyyətli fərqlər olduğunu bildiriblər.
İstehlakçıların şikayətlərini əsas götürən Agentlik, məsələni rəqabət qanunvericiliyi çərçivəsində araşdırır. Araşdırmanın əsas məqsədi, reklamların istehlakçı hüquqlarını pozub-pozmadığını və rəqabət qaydalarına zidd hərəkətlərin olub-olmadığını müəyyən etməkdir.
Hazırda yoxlama işləri davam edir. Agentlik araşdırmanın nəticələri barədə ictimaiyyəti vaxtında məlumatlandıracaq.