Apple -ın səhmləri NASDAQ birjasında sürətlə bahalaşaraq 4,8% artım nümayiş etdirib və bir səhm üçün 264,38 dollar qiymət həddinə çatıb.
GDP xəbər vetir ki, bu, texnoloji nəhəngin tarixində ən yüksək göstərici olub.
Ekspertlərin fikrincə, artımın əsas səbəbi iPhone 17 modelinin ABŞ və Çin bazarlarında güclü satış göstəriciləridir. Yeni smartfon əvvəlki iPhone 16 modelini populyarlıq baxımından geridə qoyub və satışlar şirkətin maliyyə göstəricilərinə birbaşa təsir edib.
Bu fonunda Apple-ın bazar kapitallaşması 3,92 trilyon dollara yüksəlib. Bununla da şirkət dünyada dəyərinə görə ikinci yerə yüksəlib — siyahının lideri isə hələ də NVIDIA olaraq qalır.