Apple şirkətinin baş icraçı direktoru Tim Kuk Yaponiyaya səfər edib. Bu, onun 2022-ci ilin dekabrından sonra ölkəyə ilk rəsmi səfəridir.
Səfər çərçivəsində Tim Kukun Tokionun məşhur Ginza ticarət bölgəsində yenidən təmir edilərək açılışa hazır vəziyyətə gətirilmiş Apple Store-u ziyarət etməsi nəzərdə tutulur.
Kukun səfəri Yaponiyada smartfon bazarını tənzimləyəcək yeni qanun layihəsinin müzakirə olunduğu, Apple üçün isə həssas bir dövrə təsadüf edir. Qanunun qəbul edilməsi şirkətin regiondakı fəaliyyətinə birbaşa təsir göstərə bilər.