Aprel ayında ucuzlaşan və bahalaşan məhsulların siyahısı açıqlanıb.
GDP Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, manna və qarabaşaq yarmaları, makaron, təzə balıq, süd, yumurta, marqarin, günəbaxan və qarğıdalı yağları, qoz, fındıq, pomidor, xiyar, göyərti, badımcan, kartof kimi məhsullarda müəyyən ucuzlaşma qeydə alınıb.
Məlumatda həmçinin bildirilir ki, limon, banan, alma, armud, kivi, şabalıd, ağ kələm, şirin bibər, süfrə çuğunduru, sarımsaq kimi məhsullarda isə qiymət artımı müşahidə olunub.