Close Menu
    What's Hot

    Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

    21 Avqust 2025

    ABŞ prezidenti Tramp 100 milyon dollardan artıq istiqraz alıb

    21 Avqust 2025

    Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

    20 Avqust 2025
    Trending
    • Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib
    • ABŞ prezidenti Tramp 100 milyon dollardan artıq istiqraz alıb
    • Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək
    • Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır
    • Nasdaq indeksi 1,5% enib. KİV və Pentagon əməkdaşlarının sevimli səhmi – Palantir – isə təxminən 10% aşağı düşüb
    • Azərbaycan inflyasiya ilə bağlı proqnozunu yeniləyib
    • Mərkəzi Bankın baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyası və üzv təşkilatların rəhbərləri ilə görüşüb
    • “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bankın baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyası və üzv təşkilatların rəhbərləri ilə görüşüb

      19 Avqust 2025
      Recent

      Mərkəzi Bankın baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyası və üzv təşkilatların rəhbərləri ilə görüşüb

      19 Avqust 2025

      Mərkəzi Bank bu valyuta dəyişmə məntəqəsinin lisenziyanı dayandırıb

      18 Avqust 2025

      ABŞ Mərkəzi Bankının sədri Pauellun Cekson-Hol çıxışı: Yeni pul siyasəti və faiz proqnozu

      18 Avqust 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır

      20 Avqust 2025

      PAŞA Kapital Qlobal Maliyyə Forumu Sibos 2025-də iştirak edəcək

      18 Avqust 2025

      İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi – (YANVAR-İYUL /2025)

      06 Avqust 2025

      Bakı Fond Birjasının rəhbəri bağlanmış “NBC Bank”ın Birjaya borcu ilə bağlı açıqlama verib

      19 İyul 2025

      Berkshire Hathaway UnitedHealth-ə 1,57 milyard dollarlıq sərmayə yatırdı, Apple və Bank of America-dakı payını azaltdı

      15 Avqust 2025

      Google səhmi 200 ABŞ dolları həddini keçdi

      08 Avqust 2025

      Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini yüksəldib

      07 Avqust 2025

      Nvidia tezliklə bütün dövrlərin ən bahalı şirkətinə çevrilə bilər

      04 İyul 2025

      Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

      21 Avqust 2025

      “Pasha Pay” və “Binance” inteqrasiyası -Mərkəzi Bank daha 6 ay vaxt verdi

      06 Avqust 2025

      Kvant texnologiyaları Bitcoin-in təhlükəsizliyinə təhdid yarada bilər

      26 May 2025

      BlackRock indi “Satoshi Nakamoto”dan sonra ikinci ən böyük Bitcoin sahibi olub

      21 May 2025

      Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

      21 Avqust 2025

      Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır

      20 Avqust 2025

      PAŞA Kapital Qlobal Maliyyə Forumu Sibos 2025-də iştirak edəcək

      18 Avqust 2025

      Berkshire Hathaway UnitedHealth-ə 1,57 milyard dollarlıq sərmayə yatırdı, Apple və Bank of America-dakı payını azaltdı

      15 Avqust 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

      20 Avqust 2025
      Recent

      Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

      20 Avqust 2025

      Azərbaycan inflyasiya ilə bağlı proqnozunu yeniləyib

      19 Avqust 2025

      “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

      19 Avqust 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » Aqrar Sığorta Fondunun gilas bağını sığortalayanlara verdiyi maliyyə təminatının həcmi 3 dəfə çoxalıb
    Bu günün xəbərləri

    Aqrar Sığorta Fondunun gilas bağını sığortalayanlara verdiyi maliyyə təminatının həcmi 3 dəfə çoxalıb

    22 İyul 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024-cü ildə Azərbaycanda sığortalanan gilas bağlarının ümumi sığorta təminatı 1,4 milyon manat təşkil edibsə, 2025-ci ildə bu göstərici 3 dəfə artaraq 3,9 milyon manata çatıb.

    GDP bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

    Sığortalanan əkin sahələrinin və məhsul həcminin artması nəticəsində 2025-ci ildə gilas bağları üzrə sığorta haqqı da yüksəlib. Əgər 2024-cü ildə bu məbləğ 58 min manat idisə (fermerlərin ödədiyi hissə – 29 min manat), cari ildə sığorta haqqı 90 min manat olub. Bunun 50 %-ni dövlət qarşıladığından, fermerlər cəmi 45 min manat ödəniş ediblər.

    Fonddan bildirilib ki, sığortalanan sahələrin artması ilə yanaşı, gilas bağları üzrə ödənişlər də artır. 2022-2023-cü illər əkin mövsümündə Xaçmaz, İsmayıllı və Qusar rayonlarında baş vermiş hadisələrlə bağlı fermerlərə ümumilikdə 52,8 min manat, 2023-2024-cü illərdə isə Ağstafa, Samux və Şəmkir rayonlarında 83,8 min manat sığorta ödənişi verilib. Beləliklə, son iki ildə gilas bağları üzrə ödənişlərin ümumi məbləği 136,6 min manata çatıb.

    2025-ci ildə isə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq indiyə qədər 36 hektar gilas bağında zərər halları qeydə alınıb. Bu sahələrdən 1,2 milyon manatlıq məhsul gözlənilsə də, zərər əkinlərin yalnız bir hissəsinə dəyib. Hazırda ərazilərə baxış keçirilib, ilkin qiymətləndirmələr aparılıb. Yekun ödənişlər məhsul yığımı zamanı dəqiq qiymətləndirmədən sonra müəyyən olunacaq.

    Ötən il 14 rayonda 119 hektar sahədə gilas bağı sığortalanmışdısa, bu il 15 rayonda 110 fermer və təsərrüfat tərəfindən ümumilikdə 228 hektar sahə sığortalanıb. Sığortalanma coğrafiyası əsasən Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabran rayonlarını əhatə edir.

    Hazırda Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik sığortası çərçivəsində 41 bitki növü üzrə 48 məhsul sığortalanır. Bunların əhəmiyyətli hissəsini meyvəçilik məhsulları təşkil edir. Gilas, üzüm və pambıq bağları əlavə olaraq leysan yağışı riskindən də sığortalanır – bu, meyvənin qabığının partlaması və məhsul itkisinə səbəb olur.

    Fonddan qeyd edilib ki, təbiət hadisələrinin intensivliyi fonunda fermerlərin sığortaya marağı artmaqdadır və 2025-ci ildə meyvə bağları üzrə zərər ödənişlərinin daha da artacağı gözlənilir. Bu səbəbdən Aqrar Sığorta Fondu fermerləri dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta imkanlarından yararlanmağa çağırır.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Ye-nin YZY kriptovalyutası buraxılışdan sonra 70% dəyər itirib

    21 Avqust 2025

    Apple Azərbaycanın ölkə statusunu yüksəltdi:Yeni iPhone modelləri artıq Azərbaycana daha tez gələcək

    20 Avqust 2025

    Azərbaycanın qiymətli kağızlar bazarında spekulyasiya: İnkişafa mane olan amillər -Tamerlan Bayramlı yazır

    20 Avqust 2025

    Nasdaq indeksi 1,5% enib. KİV və Pentagon əməkdaşlarının sevimli səhmi – Palantir – isə təxminən 10% aşağı düşüb

    20 Avqust 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.


    Ana səhifə

    Bank xəbərləri

    İqtisadiyyat

    Birja

    Digər