Asiya İnkişaf Bankının (ADB) 31 dekabr 2024-cü il tarixinə olan məlumatlarına görə, Azərbaycana ümumi dəyəri 2,4 milyard ABŞ dolları olan kredit xətləri ayrılıb.
GDP xəbər verir ki, bankın məlumatlarına əsasən, Azərbaycan üçün nəzərdə tutulan kreditlərin 2 milyard 26 milyon dolları artıq ödənilib. 217 milyon dollar dəyərində yeni kredit xətti isə təsdiqlənib, lakin hələ qüvvəyə minməyib.
Xüsusi diqqət çəkən məqam isə 47 milyon dollar dəyərində olan “təyinat verilməmiş” kredit xəttidir. Bu kreditlər bank tərəfindən ayrılsa da, konkret layihələr üçün hələ istifadəyə verilməyib. Mütəxəssislər qeyd edir ki, bu vəsaitlər ölkənin prioritet sahələrində yeni infrastruktur və ya iqtisadi inkişaf layihələri üçün nəzərdə tutula bilər.
ADB-nin ümumi kredit portfelində Azərbaycanın payı 1,14% təşkil edir. 2024-cü ildə bankın bütün ölkələrə ayırdığı ümumi kredit həcmi 207 milyard dolları ötüb