Asiya İnkişaf Bankının (AİB) Prezidenti Masato Kanda bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
GDP xəbər verir ki, bu barədə rəsmi sosial şəbəkə hesabında məlumat bölüşən Asiya İnkişaf Bankının (AİB) Prezidenti bildirib ki, görüşdə Azərbaycanın regionlar və bazarlar arasında “körpü” rolunu necə formalaşdırdığı məsələsi müzakirə edilib.
AİB-in Prezidenti açıqlamasında qeyd edib ki, danışıqlar zamanı Azərbaycanın uzunmüddətli strateji prioritetləri, o cümlədən iqtisadiyyatın diversifikasiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və ekoloji cəhətdən təmiz gələcəyə doğru sürətli keçid əsas müzakirə mövzuları olub.
“Orta Dəhlizdən Xəzər regionu üzrə Yaşıl Enerji Dəhlizinə qədər ölkə Asiya və Avropa üzrə həyati əhəmiyyət kəsb edən bir birləşdirici zəncir kimi meydana çxır” – deyə Kanda vurğulayıb.
O, həmçinin bildirib ki, Asiya İnkişaf Bankı (AİB) güclü siyasət dialoqu, investisiya və tərəfdaşlıq vasitəsilə Azərbaycanın bu milli prioritetlərini dəstəkləməyə hazırdır.

