Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov keçirilən bir konfransda çıxış edərək, iş adamlarının azad edilmiş ərazilərin bərpasındakı roluna diqqəti cəlb edib.
O bildirib ki, ATİB-in üzvləri Qarabağın yenidən qurulması prosesindən kənarda qalmayıb. Üzvlər həm tikinti-infrastruktur, həm də sosial layihələrdə öz töhfələrini veriblər.
M. Rüstəmov qeyd edib ki, ATİB üzvləri işğaldan azad olunmuş ərazilərə birbaşa sərmayə qoymaqla yeni iş yerləri yaradıb və regionun iqtisadi inkişafına təkan veriblər.
ATİB sədri həmçinin, qardaş Türkiyənin şirkətlərinin də Qarabağın bərpasına ilk qoşulanlardan olduğunu vurğulayıb.
Çıxışda vurğulanıb ki, məqsəd bu iqtisadi fəaliyyəti geniş ictimaiyyətə təqdim etmək və Azərbaycanın inkişafı üçün biznes dairələrinin dəstəyinin davam etdiyini nümayiş etdirməkdir.

