Author: Elshen Mamedov

2024-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub. Xidmətin yaydığı məlumatda bildirilir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 417,5 milyon manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 991,7 milyon manat və ya 13,4 faiz artıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən Ödənilən vergilərin 70 faizi qeyri-neft-qaz sektorunun, 30 faizi isə neft-qaz sektorunun payına düşüb.

Read More

“PAŞA Bank” dayanıqlı maliyyə sənayesinin gələcəyini qurmaq üçün növbəti dəfə “SIBOS” beynəlxalq sərgisində iştirak edəcək! Yüzlərlə beynəlxalq eksperti bir araya gətirən sərgi bu il 21-24 oktyabr tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək. “Connecting the future of finance” mövzusuna həsr olunan tədbirdə bankı idarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov, xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyev, maliyyə institutları şöbəsinin rəhbəri Mirsəyyad Mahmudov və xarici kommunikasiyalar üzrə komanda rəhbəri Amir Məmmədov təmsil edəcək.

Read More

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb. Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,02 % azalaraq 79,58 ABŞ dolları təşkil edib.

Read More

Ötən gün açıqlanan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında öz mövqelərini qoruyub saxlaya bilib. Yeni Zelandiya Ehtiyatlar Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqladıqdan sonra NZD/USD valyuta cütlüyü 0.6134 səviyyəsindən 0.6075 səviyyəsinə qədər eniş tendensiyasını davam etdirib. Dünən qızılın qiyməti 2605$-a qədər ucuzlaşıb, lakin, bugün səhər bir qədər bahalaşaraq 2620$ səviyyəsində ticarət olunur. Neftin qiyməti isə 5% ucuzlaşaraq 76.8$-a qədər kəskin eniş sərgiləyib. Çərşənbə günü Yeni Zelandiyanın mərkəzi bankı əsas faiz dərəcəsini 50 baza bəndi azaldıb və inflyasiyanın hədəf səviyyəsinə qayıtmasına baxmayaraq, monetar siyasətin məhdudlaşdırıcı olaraq qaldığını bildirib. Tənzimləyici qurumun uçot dərəcəsini 5.25%-dən 4.75%-ə qədər endirmək qərarı analitiklərin proqnozları…

Read More

Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb. Marja.az Birjaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “ABB İnvest İnvestisiya Şirkəti” QSC 25 milyard 370 milyon 351 min manatlıq dövriyyə ilə 1-ci, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 19 milyard 980 milyon 699 min manatlıq dövriyyə ilə 2-ci və “Assist Finance İnvestisiya Şrkəti” ASC 3 milyard 480 milyon 832 min 8 manatlıq dövriyyə ilə 3-cü yeri tutub. Uzun müddətdən sonra siyahıda 1-ci yeri tutan şirkət dəyişib: “ABB İnvest İnvestisiya Şirkəti” ilk yerdə qərarlaşıb. Ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Read More

Marja.az xəbər verir ki, Bank hər birinin nominal dəyəri 100 manat olan 200 min ədəd istiqraz buraxacaq. Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar üzrə illik faiz dərəcəsi 11,5%, tədavül müddəti 36 aydır. İstiqraz ürə faiz gəlirləri hər 90 gündən bir ödəniləcəkdir. “Unibank Kommersiya Bankı” ASC-nin yeni istiqrazlarının anderraytinqi və yerləşdirilməsi “Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən həyata keçiriləcəkdir.

Read More

Bu ilin dekabr ayında Azərbaycanda Gömrük Forumu keçiriləcək. Bu barədə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı Bakıda “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən “Konfederasiya gömrük orqanları ilə birgə fəaliyyəti davam etdirir. Yaradılmış sahibkarlıq şuralarında qaldırılan məsələlər həllini tapır. Bu dialoq forması kimi bu ilin dekabrında keçiriləcək Gömrük Forumunun faydalı olacağına əminik”, – o qeyd edib. Z. Hacılının sözlərinə görə, Azərbaycanda 27 milyard manat təşkil edən ümumi kredit portfelinin 4 milyard manatı və ya 14 %-i ticarət sektorunun payına düşür: “Odur ki, bu…

Read More