Avrasiya İnkişaf Bankı(AİB) Azərbaycanın banka qoşulmaq üçün müraciətinə baxmağa hazırdır.
GDP xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov açıqlama verib.
O bildirib, “Belə bir təşəbbüs yaranarsa, AİB Azərbaycanın banka qoşulmaq üçün müraciətinə baxmağa hazırdır.”
Qeyd: AİB-in səhmdarları Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstandır.